Saytımızı qiymətləndirin


 
 

Prezident XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticə göstərən idmançıları və onların məşqçilərini mükafatlandırıb
Tarix: 06-09-2021 | Saat: 15:09
Bölmə:Manşet / Karusel / Gündəm / İdman | çapa göndər

Prezident XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticə göstərən idmançıları və onların məşqçilərini mükafatlandırıb


Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Sərəncama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Xəbəri paylaş

250 dəfə oxunub.

Digər xəbərlər