Saytımızı qiymətləndirin


 
 

Mərkəzi Bank "Formula-1"ə görə bu fəaliyyətini dayandırır
Tarix: 10-09-2024 | Saat: 16:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Mərkəzi Bank "Formula-1"ə görə bu fəaliyyətini dayandırır

11-12 sentyabr tarixlərdə Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

 

Bu barədə Qarabaqinfo.az-a Mərkəzi Banka istinadən xəbər verir.

 

Məlumata görə, Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan “Nağd pul ofisi” Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərməkdədir.

 

13-15 sentyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 11-12 sentyabr tarixlərdə Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcəkdir.

 

“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər