Saytımızı qiymətləndirin


 
 

“Veysəloğlu” Şirkətinə yeni mətbuat katibi təyin olundu
Tarix: 12-09-2024 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Veysəloğlu” Şirkətinə yeni mətbuat katibi təyin olundu

“Veysəloğlu” Şirkətlər Qrupunun Mətbuat Xidmətinə yeni rəhbər təyin olunub.

Qarabaqinfo.az xəbər verir ki, bu vəzifəyə jurnalist Məhəmmədəli Qəribli təyin olunub.

Bu barədə məlumatı jurnalistin özü təsdiqləyib.

“Artıq sentyabr ayının əvvəlindən yeni vəzifəmin icrasına başlamışam. Şirkət və ona aid olan biznes subyektləri böyük və əhatəli olduğu üçün yeni iş yerimdə bir qədər adaptasiya olunmağım, strukturla ətraflı tanışlığım lazımdır. Hələlik bu proses uğurla davam edir. Çalışacağıq ki, “Veysəloğlu” Şirkətlər Qrupu ilə media münasibətləri bundan sonrakı mərhələdə daha səmərəli və effektiv məcrada davam etsin. Media nümayəndələrinin “Veysəloğlu” Şirkətlər Qrupunu əhatə edən mövzularla bağlı istənilən suallarını, günün istənilən saatında cavablandırmağa hazıram”. 

M.Qəribli bu təyinatadək "Bakı xəbər" qəzetində çalışıb.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 15:55Şeyx Rusiyaya gedir