Saytımızı qiymətləndirin


 
 

“Putin NATO-nun “qapısını örtmək” istədi, daha çox NATO ilə qarşılaşdı”- STOLTENBERQ
Tarix: 04-04-2023 | Saat: 17:57
Bölmə:Karusel / Dünya | çapa göndər

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlüklə bağlı sənədi ABŞ-a təhvil verib.

Qarabaginfo.az xəbər verir ki, yeni üzvlərin qəbulu ilə bağlı sənədlər ABŞ-da saxlandığından ölkənin Alyansa daxil olması üçün rəsmi prosedur başa çatıb.

Mərasim NATO-nun saytında yayımlanıb.

“Bu sənədin alınması ilə biz Finlandiyanı Şimali Atlantika Müqaviləsinin 31-ci üzvü elan edə bilərik”, – ABŞ dövlət katibi Entoni Blinken bildirib.

NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın üzvlüyünün şərəfinə etdiyi çıxışda Rusiya prezidenti Vladimir Putinin NATO-nun “qapısını örtmək” istədiyini, lakin daha çox NATO ilə qarşılaşdığını deyib.

Finlandiya Müdafiə Nazirliyinin binası yaxınlığında Alyansın bayrağı qaldırılıb.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər