Ana Sayfa > Karusel / Dünya > “Putin NATO-nun “qapısını örtmək” istədi, daha çox NATO ilə qarşılaşdı”- STOLTENBERQ

“Putin NATO-nun “qapısını örtmək” istədi, daha çox NATO ilə qarşılaşdı”- STOLTENBERQ


4-04-2023, 17:57. Yazar: Admin

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlüklə bağlı sənədi ABŞ-a təhvil verib.

Qarabaginfo.az xəbər verir ki, yeni üzvlərin qəbulu ilə bağlı sənədlər ABŞ-da saxlandığından ölkənin Alyansa daxil olması üçün rəsmi prosedur başa çatıb.

Mərasim NATO-nun saytında yayımlanıb.

“Bu sənədin alınması ilə biz Finlandiyanı Şimali Atlantika Müqaviləsinin 31-ci üzvü elan edə bilərik”, – ABŞ dövlət katibi Entoni Blinken bildirib.

NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın üzvlüyünün şərəfinə etdiyi çıxışda Rusiya prezidenti Vladimir Putinin NATO-nun “qapısını örtmək” istədiyini, lakin daha çox NATO ilə qarşılaşdığını deyib.

Finlandiya Müdafiə Nazirliyinin binası yaxınlığında Alyansın bayrağı qaldırılıb.


Geri dön