Tarix: 24-04-2022 | Saat: 04:15
Bölmə:Karusel / Dünya | çapa göndər
Böyük Britaniya hökuməti Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün 30 ildən sonra ilk dəfə yeni mədəndə kömür hasilatına başlayacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti hakim Mühafizəkarlar Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Böyük Britaniyanın ətraf mühit, ərzaq və kənd təsərrüfatının inkişafı naziri Maykl Qouv İngiltərənin şimal-qərbindəki Kambriya qraflığının Vaytheyven şəhərində gələcək kömür mədəninin işə salınmasının tərəfdarıdır. Belə ki, Nazirlər Kabinetində əmindirlər ki, bu müəssisə anti-Rusiya sanksiyaları qarşısında krallığın əsas polad zavodlarını kömürlə təmin edəcək.
Bələdiyyə orqanları 2020-ci ilin oktyabrında Vaytheyvendə belə bir obyektin tikintisinə icazə verib, lakin müxalifət və ekoloqların tənqidindən sonra Böyük Britaniya hökuməti layihənin həyata keçirilməsinin mümkünlüyünün yenidən nəzərdən keçirilməsinə başlayıb. Baş nazir Boris Conson ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının 26-cı Tərəflər Konfransında yeni mədənlərin tikintisini dəstəkləmədiyini bildirib. Nəşrin fikrincə, Ukraynada baş verən hadisələr hökumət başçısını öz mövqeyinə yenidən baxmağa vadar edə bilər.
Qəzetin yazdığına görə, Vaytheyvendəki mədəndə kokslaşan kömür hasilatı planlaşdırılır ki, bu da krallığa bu yaxınlara qədər idxalın 40 %-i Rusiyanın payına düşürdü. Aprelin 6-da Britaniya Xarici İşlər Nazirliyi bu ilin sonuna qədər Rusiyadan kömür idxalını dayandırmaq planları barədə məlumat verib.
Nəşrin mənbələri bildirib ki, nazir M.Qouv iyulun 7-dək Kumbriyada mədən tikintisi ilə bağlı yekun qərar verməlidir. Qəzet əmindir ki, layihə təsdiqlənərsə, hökumət ekoloqlarla məhkəmə çəkişmələri aparmalı olacaq.(Report)
Digər xəbərlər