Tarix: 09-08-2021 | Saat: 12:02
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
Dağlıq Qarabağa müvəqqəti olaraq Rusiyanınm sülhməramlı kontingenti yerləşdirilib.
Qarabaginfo.az xəbər verir ki, bunu fürsət bilən Ermənistan sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində geniş tikinti işlərinə başlayıb.
Tikinti və məskunlaşdırma siyasətinin əsas istiqamətləri Xankəndi şəhəri və Xocalı qəsəbəsidir. ”Hayastan” fondunun prezidenti Ayk Arşamyan Ermənistan prezidenti Armen Sarkisyanla görüş zamanı bu planlar barədə danışıb. O, yaxın illərdə Xocalı qəsəbəsi və Xankəndi şəhərində 817 mənzil və 290 fərdi yaşayış evinin istifadəyə veriləcəyini elan edib. 2022-ci ilin sonuna qədər 457 ailənin Xocalıda yerləşdirilməsi gözlənilir.
Belə ki, Hadrut erməniləri üçün Xocalıda 90 ədəd 4 otaqlı fərdi evin inşası planlaşdırılır. Layihə “Hayastan” fondu tərəfindən maliyyələşdirilir.
Paralel olaraq, Ermənistan hökumətinin maliyyə vəsaiti hesabına Xocalıda 180 mənzildən ibarət 9 binanın inşası gözlənilir. Bu mənzillərdə Xocavəndin azad olunmuş Çaylaqqala kəndinin sakinləri məskunlaşdırılacaq.
Qeyd olunmalıdır ki, Qarabağda yerləşdirilmiş sülhməramlı qüvvələrin əsas dislokasiya yerlərindən biri də məhz Xocalıdadır. Yerli aeroportu təmir edərək uçuş zolağını genişləndirən sülhməramlılar ərazidə məscid və kilsə belə inşa ediblər.
Ermənistan hakimiyyəti Dağlıq Qarabağda Sovet hakimiyyəti illərində erməni sakinlərin çoxluq təşkil etdiyi Ağdərə, Əsgəran qəsəbələri, Xocavənd şəhərində aktiv tikinti işləri həyata keçirmir.
Bunun əvəzində həmişə azərbaycanlıların sıx məskunlaşdığı yaşayış məntəqəsi kimi tanınan Xocalıda məskunlaşdırma işləri aparması rəsmi Yerevanın məkrli siyasətindən xəbər verir. Sülhməramlı qüvvələrin qeyri-rəsmi razılığı ilə ermənilər Xocalını 8 minə qədər insanın yaşadığı şəhərə çevirməyi planlaşdırır.(Modern)
Digər xəbərlər