Saytımızı qiymətləndirin


 
 

 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 02-03-2022 | Saat: 17:56
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 853 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 948, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 800, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 28 376, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 729 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 051 721, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 302 581, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 788 753, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 752 545, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 207 842 nəfər təşkil edir.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər