Ermənistan rəhbərliyi özünün regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl ataraq, müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxta hamıya şikayətlənmək xəttini tutub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub.
“ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb” – müəllif qeyd edir.
Video süjetdə qeyd olunub ki, bütün bu hadisələrin fonunda bir qrup silahlı erməni separatçının Azərbaycan ərazisində öz mövcudluğunu qoruyub saxlamaq istəməsi və ara-sıra təxribatlara əl atması isə artıq heç nəyi dəyişməyəcək.
“Hazırda Ermənistan tərəfi Fərruxda itirilmiş mövqelərlə bağlı fəryad qopardığı bir vaxta isə, Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşguldur” – deyə müəllif əlavə edir.(Unikal)