Saytımızı qiymətləndirin


 
 

Verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil- Siyavuş Novruzov
Tarix: 14-11-2023 | Saat: 17:22
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Dəfn pullarının miqdarı artırılmalıdır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil:

“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç 10-da birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”(apa).



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər