Saytımızı qiymətləndirin


 
 

Rusiyanın baş prokuroru Qarabağdakı gərginlikdən danışdı
Tarix: 16-06-2022 | Saat: 14:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın baş prokuroru Qarabağdakı gərginlikdən danışdı

 

Rusiyanın baş prokuroru İqor Krasnov Ermənistan, Azərbaycan və Rusiya prokurorluqlarının Dağlıq Qarabağdakı gərginliyin qarşısının alınmasında rolunu qeyd edib.

Qarabaginfo.az xəbər verir ki, bu bar'd' Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İ. Krasnov bu gün Sankt-Peterburqda keçiirlən XXV Beynəlxalq İqtisadi Forumunda erməni həmkarı Artur Davtyanla görüşdə bildirib:

"Biz üçtərəfli formatda Azərbaycan rəsmiləri ilə birlikdə regionda sülhün bərqərar edilməsi və yerli əhali arasında gərginliyin artmasının qarşısını almaq üçün əhəmiyyətli səylər göstərmişik".

Krasnov əmindir ki, söhbət sülh və təhlükəsizliyin bərpası, insan hüquq və azadlıqlarının qorunması və cinayətlərin araşdırılmasından gedərkən, birtərəfli və düşünülmüş yanaşma olmamalıdır.

Rusiyanın baş prokuroru məlumat mübadiləsi və pozuntular barədə xəbərdarlıq da daxil olmaqla, hər cür yardım göstərməyə hazır olduğunu və Dağlıq Qarabağda yerləşən Rusiya hərbi prokurorlarının hazır olduğunu bəyan edib.



Xəbəri paylaş

231 dəfə oxunub.

Digər xəbərlər