Saytımızı qiymətləndirin


 
 

Rusiya Ukraynanın itkilərini açıqlayıb
Tarix: 24-04-2022 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Ukraynanın itkilərini açıqlayıb

Rusiya yüksək dəqiqlikli yerüstü raketlərlə Pavloqrad rayonunda Ukrayna silahlı qüvvələri üçün partlayıcı maddələr və barıt istehsalı müəssisəsinin sexlərini məhv edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

O, Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketlərinin Ukraynadakı 9 hərbi obyekti vurduğunu söyləyib: "O cümlədən Xarkov vilayətinin Barvenkovo, Novoya Dmitrovka və İvanovka rayonlarında Ukrayna Silahlı Qüvvələr briqadasının bir komanda məntəqəsi, dörd dayaq məntəqəsi və canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazilər, habelə dörd raket və artilleriya silahları anbarı məhv edilib.

Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası Ukraynanın 26 hərbi obyektini vurub. Onların arasında batalyonun komanda-müşahidə məntəqəsi, eləcə də canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 25 ərazi, 150-yə qədər millətçi və 40-a qədər zirehli maşın və texnika məhv edilib".

Konaşenkov raket və artilleriya qoşunlarının ötən gecə ərzində 423 atəş tapşırığını yerinə yetirdiyini vurğulayıb: "Zərbələr nəticəsində 26 komanda məntəqəsi, 367 istehkam və canlı qüvvə və hərbi texnikanın toplandığı ərazilər, o cümlədən artilleriya batareyalarının 25 mövqeyi vurulub. Qusarovka və Velikaya Kamışevaxa rayonlarında 4 raket-artilleriya silahı və sursat anbarı məhv edilib.

Rusiya hava hücumundan müdafiə sistemləri isə Ukraynaya məxsus 10 pilotsuz uçuş aparatını məhv edib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinə məxsus 141 təyyarə, 110 helikopter, 551 pilotsuz uçuş aparatı, 264 zenit-raket kompleksi, 2496 tank və digər zirehli döyüş texnikası, 282 reaktiv yaylım atəşi sistemi, 1093 səhra artilleriya və minaatan, o cümlədən 2343 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib".



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər