"Bu oyun bizim üçün yaxşı təcrübə oldu. "Arsenal" çox güclü kollektivdir. Düşünürəm ki, biz də yaxşı oyun göstərdik. Qol epizodları yaratdıq və kompakt oynadıq".
"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Ansi Aqolli Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.
Albaniyalı müdafiəçinin sözlərinə görə, komandasının oyununda yalnız qol çatmayıb: "Bu, çox sadə məsələdir: Qələbə üçün qol vurmalısınız".
Qeyd edək ki, Ansi Aqolli "Arsenal"la qarşılaşmada sonadək meydanda olub.