Saytımızı qiymətləndirin


 
 

Təqaüdlərin artımı üçün 1.9 milyon manat ayrılacaq
Tarix: 21-02-2018 | Saat: 12:52
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər

 

Təqaüdlərin artımı üçün 1.9 milyon manat ayrılacaq

 

Prezident İlham Əliyevin 20 fevral 2018-ci il tarixli Fərman və Sərəncamları Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan insanların, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinin və ümumi səbəblərdən I qrup əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlərin davam etdirilməsinə imkan verir. 

"Qarabaginfo" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, eərmanla Milli Qəhrəman adı verilmiş şəxslərin təqaüdünün aylıq məbləği martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat olacaq. Fərmana əsasən, müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 360 min manat əlavə vəsait ayrılacaq.

Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamı 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək 29,5 min manat əlavə vəsaitin ayrılması təmin ediləcək.

“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamın şamil olunacağı şəxslərin sayı isə 22,6 min nəfər təşkil edir. Onlara  Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün  dövlət büdcəsindən ilin sonunadək 1,5 milyon manat əlavə vəsait ayrılacaq. 

Azərbaycan Respublikası Prezidentinin “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamı isə 61 nəfərə şamil olunacaq. Sərəncamla müvafiq artımın edilməsi məqsədilə  dövlət büdcəsindən ilin sonunadək 12,2 min manat əlavə vəsaitin ayrılması təmin olunacaq. 

Qeyd olunan Fərman və Sərəncamlar ümumilikdə 01 yanvar 2018-ci il tarixə olan göstəricilər nəzərə alınmaqla 23082 nəfər şəxsə şamil olunacaq və onlara Azərbaycan prezidentinin təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 1,9 milyon manat təşkil edəcək. 



Xəbəri paylaş

692 dəfə oxunub.

Digər xəbərlər