Saytımızı qiymətləndirin


 
 

DSMF şöbəsinin qarşısında yandırılan maşın baş həkimin imiş
Tarix: 27-01-2022 | Saat: 09:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

DSMF şöbəsinin qarşısında yandırılan maşın baş həkimin imiş

 

Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.

Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.

M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib. Və bu iddia ilə də hadisəni törədib.

Qeyd edək ki, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

465 dəfə oxunub.

Digər xəbərlər