Saytımızı qiymətləndirin


 
 

Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
Tarix: 30-10-2024 | Saat: 10:56
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan

 

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan “Facebook” vasitəsilə ona “Vətəndaş müqaviləsi” partiyasının ofisinin partladılması barədə göndərilən məlumatla bağlı İstintaq Komitəsinə çağırılıb.

Qarabaginfo.az-ın “Joxovurd”a istinadən məlumatına görə, istintaqla həmin məlumatı Ruben Kasyan adlı istifadəçinin göndərdiyini ortaya çıxarıb.

Faktla bağlı cinayət işi 2024-cü il fevralın 10-da qaldırılıb. İstintaqla müəyyən edilib ki, eyni gündə polisə hakim partiyadan olan deputatlar Qaqik Melkonyanın evinə, habelə Qurqen Arsenyanın ofisinə partlayıcı qurğuların yerləşdirilməsi haqqında xəbər verilib. Axtarışlar zamanı kustar üsulla hazırlanmış partlayıcı Arsenyanın ofisinin yaxınlığından tapılıb.

Melkonyanın yaşadığı evə atılan bomba isə işə düşüb və tikiliyə ciddi ziyan vurub.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər