Saytımızı qiymətləndirin


 
 

Balasanyan ona dəhşətli işgəncələr verərək qətlə yetirib
Tarix: 07-10-2023 | Saat: 15:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Balasanyan ona dəhşətli işgəncələr verərək qətlə yetirib

Vitali Balasanyan Natiq Qasımova ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub.

 

"Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törətmişdir. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub", - məlumatda vurğulanıb.



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər