Saytımızı qiymətləndirin


 
 

Yeni sədr kimdir?
Tarix: 16-01-2026 | Saat: 23:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

yeni-sedr-kimdir

Məlum olduğu kimi, bu gün Prezidentin Sərəncamı ilə Əfqan Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri təyin olunub.

Qarabaginfo.az yeni sədrin dosyesini təqdim edir:

Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə Bakıda anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb. 

O, 2002-2013-cü illərdə Milli Bankda və “AGBank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2021-2023-cü illərdə RİNN tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Prezidentin 2024-cü ildə imzaladığı Sərəncamla “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.

Ə.Cəlilov bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər