Saytımızı qiymətləndirin


 
 

Gürcü spiker: Venesueladakı əməliyyat təsdiqlədi ki, Aİ beynəlxalq nizamın qarantı kimi mövcud deyil
Tarix: 06-01-2026 | Saat: 11:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

 

Venesuelada bir neçə dəqiqə çəkən əməliyyat təsdiqlədi ki, Avropa İttifaqı beynəlxalq nizamın qarantı və qlobal geosiyasi oyunçu kimi artıq mövcud deyil, böyük ehtimalla bir daha da olmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Brüssel ona lazım gələndə qlobal nizamın dağılmasından mənfəət əldə etməkdən və ondan öz məqsədləri üçün istifadədən çəkinmir:

“Brüsselin Gürcüstana qarşı beynəlxalq hüquqa zidd hərəkətləri buna əyani sübutdur”.

Papuaşvilinin sözlərinə görə, Gürcüstan kimi kiçik dövlətlər üçün beynəlxalq hüquq hər zaman əsas silah və qalxan olub, lakin reallıq bundan ibarətdir ki, onun rolu və təsiri geri dönməz şəkildə azalır.

“Dediklərimiz qəti surətdə təsdiqləndi: İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizam artıq mövcud deyil”, - spiker vurğulayıb.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər
21-12-2017, 10:01 İlham Əliyev birinci oldu