Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda matəm günü elan olunub, dövlət bayraqları aşağı endirilib
Tarix: 10-10-2021 | Saat: 22:51
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanda matəm günü elan olunub, dövlət bayraqları aşağı endirilib

Gürcüstanın Batumi şəhərində baş vermiş faciəvi hadisə ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib.

Qarabaginfo.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin imzaladığı qərara əsasən, Batumidə 7 mərtəbəli binanın çökməsi nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə oktyabrın 11-də matəm günü kimi qeyd ediləcək.

Matəm günü ilə əlaqədar Gürcüstan Prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında bayraqlar endirilib.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin 26 May küçəsində 7 mərtəbəli binanın çökməsi nəticəsində üçü azyaşlı olmaqla 9 nəfər həlak olub, bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə binanın birinci mərtəbəsində aparılan təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu açıqlanıb. Faktla əlaqədar 3 nəfərin saxlanıldığı bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da faciə ilə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər