Saytımızı qiymətləndirin


 
 

Zelenski: Rusiya avropalıların sülh danışıqlarında iştirak etməyini istəmir
Tarix: 18-12-2025 | Saat: 17:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelesnki

Yaza qədər Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya tranş çatmasa, Kiyev dron istehsalını əhəmiyyətli dərəcədə azaldacaq.

Qarabaginfo.az xəbər ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasındakı çıxışında deyib.

“Biz dondurulmuş Rusiya aktivlərini istəyirik və bu, danışıqlar prosesinin bir hissəsi deyil. Əgər bu imtiyaz əlimizdə olsa, danışıqlar masasında daha arxayın şəkildə hərəkət edərik”, - Ukrayna lideri qeyd edib.

O iddia edib ki, Rusiya avropalıların sülh danışıqlarında iştirak etməyini istəmir: “Rusiyanın bu istəyi həyata keçməməlidir. Avropanın mövcudluğu Rusiyanın bizə qarşı hücumlara yenidən başlamasına imkan verməyəcək.

Eyni zamanda, mən bir suala cavab almaq istəyirəm: əgər Rusiya yenidən bizə hücum etsə, ABŞ buna nə reaksiya verəcək?”



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər