Saytımızı qiymətləndirin


 
 

Britaniya səfiri bir saatlıq söhbətdən sonra Rusiya XİN-i tərk edib
Tarix: 26-11-2024 | Saat: 17:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyində görüşdən çıxıb.

Qarabaginfo.az xəbər verir ki, səfir XİN-ə Britaniya missiyasının əməkdaşının kəşfiyyat fəaliyyətinə görə çağırılmışdı.

Keysi Rusiya XİN-də bir saatdan çox qalıb. O, media nümayəndələrinin suallarını cavablandırmadan binadan uzaqlaşıb.

Qeyd edək ki, Böyük Britaniyanın Rusiyada səfirliyinin ikinci katibi Uiliks Edvard Prior casusluqda ittiham olunaraq “persona-non-qrata” elan edilib.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər