MİDA mənzillərini qanunsuz satanlar saxlanıldı - Foto
Tarix: 03-12-2025 | Saat: 15:51
Bölmə:Karusel / Dünya | çapa göndər
87 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-12-2025 | Saat: 15:51
Bölmə:Karusel / Dünya | çapa göndər
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərinin qanunsuz satışını təşkil edən şəxslər saxlanılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıdakı MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıb.
Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Xəbəri paylaş
Digər xəbərlər
25-10-2021, 19:33
Tatarıstanda yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
24-09-2025, 15:08
III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Gəncəyə gəlib - FOTO
30-10-2025, 10:23
Tramp nüvə sınaqlarının dərhal bərpa olunmasına göstəriş verib
21-04-2026, 11:00
Beynəlxalq Enerji Agentliyi: Neft qiymətlərinin artması Türkiyəyə daha az təsir edəcək
16-12-2025, 16:48
Britaniyanın ticarət elçisi: Qürur duyuram ki, Azərbaycanla əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirik
18-12-2025, 14:48
Paşinyan: Azərbaycanla sülh Aİİ çərçivəsində də yeni imkanlar açır
24-02-2026, 10:34
Ursula von der Leyen müharibənin ildönümündə Kiyevə gedib
31-01-2024, 17:36
“Qardaşım anama vəzifəli şəxsi öldürdüyünü demişdi...”

















