Saytımızı qiymətləndirin


 
 

MN: Qarabağdakı qanunsuz birləşmələrdə xidmət etmiş şəxslər Ermənistan SQ xidmətini davam etdirə bilər
Tarix: 23-10-2023 | Saat: 12:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər

MN: Qarabağdakı qanunsuz birləşmələrdə xidmət etmiş şəxslər Ermənistan SQ xidmətini davam etdirə bilər

Qarabağdakı qanunsuz silahlı dəstələrdə xidmət etmiş şəxslərin xidmətinin Ermənistan Silahlı Qüvvələri sıralarında davam etdirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr gedir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan brifinqdə bildirib.

Qeyd edək ki, Azərbaycan ordusunun ötən ay Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra regionu tərk edən separatçı rejimə məxsus hərbi dəstələr Ermənistana gedib.

Ermənistan Müdafiə Nazirliyi sentyabrın sonunda bəyan etmişdi ki, Qarabağdakı rejim ləğv ediləndən sonra oradakı silahlı dəstələrdə xidmət etmiş şəxslər Ermənistan ordusunun sıralarında xidmətini davam etdirə bilərlər.

Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycan-Ermənistan şərti sərhədində nisbi sakitlik hökm sürür.



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər