Saytımızı qiymətləndirin


 
 

KİV: Vitkoff Ukraynaya Tomahawk raketləri əvəzinə gömrük rüsumlarından azadolma təklif edib
Tarix: 29-11-2025 | Saat: 21:53
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff

 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna ilə aparılan danışıqlarda Kiyevə “Tomahawk” raketləri almaqdansa, ABŞ-dan gömrük rüsumlarından tam azadolma əldə etməyin daha sərfəli olacağını bildirdiyi iddia olunur.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ”The Wall Street Journal"ın mənbələrə istinadən yaydığı məqaləsində deyilir.

Nəş qeyd edir ki, oktyabr ayında Donald Tramp Ukraynaya “Tomahawk” raketləri vermək qərarına yaxın olub, lakin Rusiya lideri ilə söhbətdən və Zelenskinin Vaşinqtona səfəri ərəfəsində fikrini dəyişib.

Məlumata görə, həmin vaxt Vitkoff Ukrayna tərəfini inandırmağa çalışıb ki, “bir ovuc raket”lə ciddi nəticələr əldə etmək mümkün deyil və bunun əvəzinə Trampdan Ukrayna məhsullarının 10 il müddətinə gömrük rüsumlarından azad edilməsi barədə qərar tələb etməyi məsləhət görüb. Vitkoffun fikrincə, bu, Ukrayna iqtisadiyyatı üçün əhəmiyyətli stimul ola bilərdi.



Xəbəri paylaş

64 dəfə oxunub.

Digər xəbərlər