“Ermənistanın bütün müasir tarixi nağıllarda yaşamaqdan, oğurlamaqdan, satmaqdan və 10 drama satılmaqdan ibarət olub. Bütün ölkəni Rusiyaya satıblar, indi isə onun kömək edəcəyini gözləyirlər. axı ə üçün kömək etsin? Onsuz da heç yerə gedən deyilsən”.
Qarabaginfo.az xəbər verir ki, erməni telegran kanallarında paylaşılan bu məlumatlardan da aydın görünür ki, ermənilər təşviş və kədər içindədirlər.
“Erməni tərəfi öz postlarını təhvil verib və azərbaycanlıları Ermənistanın daha da dərinliklərinə buraxıb. Özüdə bir güllə belə atmadan. Postu qoruyan erməni əsgərlər üzr istədilər, diz çökdülər. Bütün bunları yazmaq xoşagəlməz olsa da, həqiqətdir” – telegram kanallarında paylaşılan məlumatda belə yazılıb.
Hakimiyyətdə və xalq arasında olan rusyönümlülər ölkəni belə vəziyyətə salıblar. Baxın görün sizin sevimli “xilasediciləriniz” nə işlə məşğuldurlar:
“Rusiya və Türkiyə arasında Ankaranın 5-ci nəsil qırıcısının yaradılmasında Kremlin iştirakı ilə bağlı danışıqlar aparılır” – RİA
Türkiyə mətbuatı yeni “S-400”lərin tədarükü ilə bağlı xəbərlər yayıb.
“Ölkəni elə bir həddə çatdırmışıq ki, vəziyyətdən çıxış yolunu nə kağız üzərində, nə də düşüncələrimdə canlandıra bilmirəm. Yazı panika üçün deyil, nə baş verdiyini və kiminlə iş gördüyümüzü anlamaqdan ötrüdür. Müxalifətdən və iqtidardan başlamaq, “müttəfiqlər”lə bitirmək lazımdır” – deyə müəllif fikirlərini tamamlayıb.(Konkret.az)