Saytımızı qiymətləndirin


 
 

Rusiyanın dron hücumu Ruminiyada bütün kəndin təxliyəsinə səbəb olub
Tarix: 17-11-2025 | Saat: 16:18
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın dron hücumu Ruminiyada bütün kəndin təxliyəsinə səbəb olub

Rusiya ordusunun noyabrın 17-ə keçən gecə Odessa vilayətinə dronlarla endirdiyi hücum Rumıniya sərhəd kəndinin əhalisinin təxliyəsinə səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumatda Ruminiyanın Tulça bölgəsinin Plaur kəndində partlayış riski səbəbindən yerli sakinlərin təxliyə olunduğu bildirilir. Buna səbəb Rusiya ordusunun Odessa vilayətinin bir sıra enerji və liman infrastrukturuna endirdiyi zərbələr nəticəsində İzmail limanında maye qaz daşıyan Türkiyə tankerində baş verən yanğın olub. Gəminin təxminən 4 min ton mayeləşdirilmiş qaz daşıdığı bildirilir.

Ruminiyanın fövqəladə hallar xidməti hadisə ilə bağlı Ukrayna tərəfi ilə daimi əlaqədə olduqlarını açıqlayıb. Qurumun məlumatına görə, hazırda Rumıniya xidmətlərinin birbaşa müdaxiləsinə ehtiyac olmasa da, yükün mümkün partlayışı həm Rumıniya, həm də Ukrayna tərəfi üçün təhlükə yaratdığı üçün təxliyə davam etdirilir.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər