Tarix: 08-06-2022 | Saat: 10:24
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə kitabxananın girişində elan yerləşdirilib. Bildirilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.
Universitetin mətbuat xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, universitetin nizam-intizam qaydalarına uyğun olaraq belə bir elan yerləşdirilib:
"Burada qeyri-adi bir hal yoxdur. Bu tamamilə etik, cəmiyyətin qaydalarına dəvətdir. Cəmiyyətdə, adi ictimai yerlərdə geyim qaydalarına uyğun normativlər var. Bura bir təhsil müəssisədir. Daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin davamiyyəti kimi baxırıq. Onu da qeyd edim ki, dünyanın ən demokratik hesab edilən dövlətlərində belə ictimai yerlərdə, iş yerlərində, o cümlədə təhsil müəssisələrində müəyyən geyim normativlərinə əməl olunur.
Son olaraq bildirmək istəyirəm ki, biz bir tələbənin tərzinə digər tələbənini etirazı ola bilər. Biz bir tələbə istədiyini geyinsin deyə digərlərinin mövqeyini görməzdən gələ bilmərik. Yenə də qeyd edirəm ki, bura bir təhsil müəssisədir. Daxili nizam - intizam qaydalarımız var", - deyə
Digər xəbərlər