Saytımızı qiymətləndirin


 
 

Trampın Ukrayna ilə bağlı yumşaq mövqeyi Avropanı çaşdırıb
Tarix: 31-10-2025 | Saat: 17:27
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı siyasi mövqeyini yumşaltması Vaşinqtonun Avropadakı müttəfiqlərini çaşqınlığa salıb.

“Fox News” telekanalının məlumatına görə, Trampın ritorikasında dəyişikliklər son bir neçə həftə ərzində müşahidə olunur. Əvvəllər Kiyevə dəstəyini və atəşkəsə nail olmaq istədiyini bəyan edən ABŞ Prezidenti sonradan əvvəlki mövqeyindən uzaqlaşıb.

Bildirilir ki, bu dəyişiklik təxminən “iki həftə əvvəl” – Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı baş verib. Tramp Ukraynaya “Tomahawk” raketlərini verməyib.

Avropanı narahat edən son addım isə ABŞ-ın Rumıniyadakı hərbi kontingentini azaltmaq qərarı olub. “ABŞ-ın bu addımlarını nəzərə alaraq, Rusiya regionda öz təsirini gücləndirəcək”, – deyə Avropa İttifaqındakı mənbə telekanala bildirib.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər