Saytımızı qiymətləndirin


 
 

İki azərbaycanlı elm və texnologiya sahəsində Rusiya hökumətinin mükafatına layiq görülüblər
Tarix: 14-12-2022 | Saat: 23:05
Bölmə:Karusel / Manşet | çapa göndər

İki azərbaycanlı elm və texnologiya sahəsində Rusiya hökumətinin mükafatına layiq görülüblər

Rusiyada yaşayan iki azərbaycanlı alim elm və texnologiya sahəsində dövlət mükafatına layiq görülüblər.

Qarabaginfo.az-ın məlumatına görə, Rusiya Federasiyası Hökumətinin 3179 saylı sərəncamı ilə elm və texnologiya sahəsində 2022-ci il mükafatına bir çox elm adamları layiq görülüb.

 

Mükfata layiq görülənlər arasında iki həmyerlimiz də var.

Onlar texnika elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Zahid Adıgözəl oğlu Qocayev və iqtisad elmləri namizədi, “Krokus İnternational” Səhmdar Cəmiyyətinin prezidenti Araz İsgəndər oğlu Ağalarovdur.

Qocayev Rusiya Federasiyasının Uzaq Şimal ərazilərinin sürətləndirilmiş sosial-iqtisadi inkişafı üçün yüksək səmərəli təkərli nəqliyyat və texnoloji vasitələrinin işlənilib hazırlanmasına görə, Ağalarov isə xüsusi təbii və texnogen şəraitə malik tikilmiş ərazilərin işlənməsi zamanı bina və tikililərin mexaniki təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi üçün universal texnologiyanın işlənib hazırlanması və tətbiqinə görə Rusiya hökumətinin mükafatına layiq görülüblər.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər