Tarix: 29-10-2025 | Saat: 10:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb.
Qarabaginfo.az-ın məlumatına görə, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:
Prezident İlham Əliyev: İndi gənclər də darıxmamalıdır burada. Çünki birincisi, doğma torpaqdır. İkincisi, şərait yaxşıdır. Üçüncüsü, bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq - nəinki Azərbaycanda, dünya miqyasında. Belə kəndlər harada salınır?
Digər kişi sakin: Yoxdur, gözəldir, hamının xoşuna gəlir. Gözəl kəndlərdir.
Prezident İlham Əliyev: Şəhərlər, yollar. İndi siz hansı yolla gəlmisiniz buraya?
Digər kişi sakin: Biz Şükürbəylidən gəldik.
Prezident İlham Əliyev: Yolu gördünüz?
Digər kişi sakin: Gördük, gördük, çox gözəldir.
Prezident İlham Əliyev: Elə yol olub?
Digər kişi sakin: Qabaq buradan o yolu gedəndə yarım saata, qırx dəqiqəyə gedib çıxırdıq. İndi 10 dəqiqəyə gəlib çıxırıq.
Prezident İlham Əliyev: İndi buradan Zəngilana gedəcəksiniz 20 dəqiqəyə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq.
Digər qadın sakin: İnşallah, sayənizdə.
Digər xəbərlər






" style="width: 670px; height: 340px;">









