Saytımızı qiymətləndirin


 
 

Gürcüstanın XİN başçısı: “Tbilisiyə doğru hərəkət edən rus tanklarını görmək istəmirəm”
Tarix: 28-02-2022 | Saat: 15:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Gürcüstanın XİN başçısı: “Tbilisiyə doğru hərəkət edən rus tanklarını görmək istəmirəm”

“Mən Gürcüstanda 2008-ci ildə baş verənləri, Tbilisiyə doğru hərəkət edən rus tanklarını görmək istəmirəm. Paytaxt və hava limanlarının necə bombalandığını görmək istəmirəm”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərin ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbləri ilə bağlı sualına cavabında deyib.

“Hesab edirəm ki, siz də bunları görmək istəmirsiz”, - o qeyd edib.

D.Zalkaliani Gürcüstanın Ukrayna ilə həmrəy olduğunu bildirib: “Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi dəfələrlə bəyan etmişik və bu, beynəlxalq tərəfdaşlarımız tərəfindən çox yaxşı başa düşülüb və qəbul edilib”.

XİN başçısı qeyd edib ki, Gürcüstan Ukraynanı dəstəkləyən bir çox qətnamə və bəyannamələrə qoşulub: “Gürcüstanın Ukraynadakı səfirliyinin hələ də fəaliyyət göstərməsi Ukraynaya sarsılmaz dəstəyin göstəricisidir”.



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər
23-09-2020, 13:25 Sabahın hava proqnozu