Ana Sayfa > Karusel / Siyasət > Prezident sakinlə zarafatlaşdı - “Elə yol olub?”
Prezident sakinlə zarafatlaşdı - “Elə yol olub?”29-10-2025, 10:14. Yazar: Admin |
|
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb. Qarabaginfo.az-ın məlumatına görə, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb: Prezident İlham Əliyev: İndi gənclər də darıxmamalıdır burada. Çünki birincisi, doğma torpaqdır. İkincisi, şərait yaxşıdır. Üçüncüsü, bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq - nəinki Azərbaycanda, dünya miqyasında. Belə kəndlər harada salınır? Digər kişi sakin: Yoxdur, gözəldir, hamının xoşuna gəlir. Gözəl kəndlərdir. Prezident İlham Əliyev: Şəhərlər, yollar. İndi siz hansı yolla gəlmisiniz buraya? Digər kişi sakin: Biz Şükürbəylidən gəldik. Prezident İlham Əliyev: Yolu gördünüz? Digər kişi sakin: Gördük, gördük, çox gözəldir. Prezident İlham Əliyev: Elə yol olub? Digər kişi sakin: Qabaq buradan o yolu gedəndə yarım saata, qırx dəqiqəyə gedib çıxırdıq. İndi 10 dəqiqəyə gəlib çıxırıq. Prezident İlham Əliyev: İndi buradan Zəngilana gedəcəksiniz 20 dəqiqəyə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq. Digər qadın sakin: İnşallah, sayənizdə. Geri dön |