Tarix: 22-10-2025 | Saat: 15:35
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya Qazaxıstanın ilk atom elektrik stansiyasının tam və vaxtında tikintisinə sadiqliyini bir daha təsdiqləyir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə danışıqların yekununda bildirib
Görüşdə Lavrov qazaxıstanlı həmkarına Ukrayna ətrafında baş verənlər barədə də məlumat verib: “Biz qazax dostlarımızın prinsipial mövqeyimizi başa düşməsini və hər şeydən əvvəl Qərb ölkələrinin uzun illərdir ki, Ukraynadan Rusiya Federasiyasının qanuni təhlükəsizlik maraqlarına zərbə vurmaq üçün tramplin kimi istifadə etməyə çalışdıqları bu münaqişənin əsas səbəbləri aradan qaldırılmadan dayanıqlı nizamlanmanın mümkünsüzlüyünü anlaması faktını yüksək qiymətləndiririk”.
Lavrov vurğulayıb ki, Rusiya və Qazaxıstan respublikada atom elektrik stansiyasının tikintisinin texniki, maliyyə və hüquqi parametrlərini müzakirə edir.
Onun sözlərinə görə, danışıqlar zamanı Xəzər regionunda birgə işlərin aparılmasının zəruriliyi qeyd edilib.
Digər xəbərlər