Saytımızı qiymətləndirin


 
 

Ermənistan silahlanır: Hərbi xərclər kəskin artdı
Tarix: 02-11-2022 | Saat: 13:20
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan silahlanır: Hərbi xərclər kəskin artdı

Ermənistan orduda genişmiqyaslı islahatlar prosesinə başlayıb, bunu hərbi büdcənin kəskin artırılması da sübut edir.

Qarabaginfo.az xəbər verir ki, baş nazir Nikol Paşinyan parlamentdə 2023-cü ilin büdcə layihəsinin dinləmələri zamanı belə deyib.

Baş nazir xatırladıb ki, 2023-cü ildə müdafiə xərcləri 509 milyard dram və ya 1,2 milyard dollar təşkil edəcək. 2018-ci illə (Paşinyan hakimiyyətə gələndə - red.) müqayisədə artım 113%, yəni 270 milyard dram olacaq.

"Orduda islahatlar prosesinə başlamışıq, artıq parlamentin gündəliyində olan bir sıra qanunvericilik dəyişiklikləri var. Prosesin bütün mahiyyəti peşəkar orduya keçid, müdafiə qabiliyyətinin artırılmasıdır. Biz niyyət edirik ki, orduda islahatlar aparılsın, yüksək standartlara malik ordu yaradaq”, - deyə o bildirib.

Eyni zamanda, Paşinyan əlavə edib ki, müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması hökumətin sülh proqramı ilə heç bir şəkildə ziddiyyət təşkil etmir. Ermənistan ardıcıl olaraq sülhü müdafiə edəcək.(yenisabah) 



Xəbəri paylaş

1134 dəfə oxunub.

Digər xəbərlər