Saytımızı qiymətləndirin


 
 

Ərdoğandan seçki ANONSU - Tarix AÇIQLADI
Tarix: 18-01-2023 | Saat: 14:01
Bölmə:Karusel | çapa göndər

Ərdoğandan seçki ANONSU - Tarix AÇIQLADI

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erkən prezident seçkilərinin keçirilməsindən danışıb.

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə partiyasının parlament fraksiyasının toplantısında söz açıb.

 

"Rəhmətlik Menderes (Türkiyənin keçmiş baş naziri Adnan Menderes nəzərdə tutulur) 14 may 1950-ci ildə "yetər, söz millətindir" deyərək seçki qutusundan əzici bir zəfərlə çıxmışdı. Millətimiz 73 il sonra bir dəfə də eyni gün Altılı Masan deyib qabağımıza çıxan bu çevriliş tərəfdarlarına "yetər" deyəcəkdir", - deyə Ərdoğan söyləyib.

 

Qeyd edək ki, Türkiyə parlamentində iqtidarı təmsil edən deputat Şamil Ayrım da Modern.az-a eksklüziv açıqlamasında prezident seçkilərinin yüksək ehtimalla məhz bu tarixdə - 14 mayda keçiriləcəyini açıqlamışdı.



Xəbəri paylaş

99 dəfə oxunub.

Digər xəbərlər
3-05-2021, 13:54 Arutyunyan dindirildi