Tarix: 27-06-2022 | Saat: 08:36
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ ordusu illərdir, PUA-ların xüsusən Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsində yaratdığı təhlükəyə diqqət yetirir.
Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın ordu naziri (quru qoşunları) Kristin Uormut deyib.
“Pilotsuz uçuş aparatları və digər avtomatlaşdırılmış sistemlər ABŞ üçün ciddi problemlər yaradır. Buna görə də biz hava və raketdən müdafiə sistemlərimizi təkmilləşdirməyi düşünürük”, - o bildirib.
ABŞ ordusunun rəsmisi qeyd edib ki, Ukrayna hərbçiləri zirehli birləşmələrə və Rusiya əsgərlərinin olduğu yerlərə zərbələr endirmək üçün mütəmadi olaraq Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larından istifadə edir, Rusiya qüvvələri də düşmənin cəmləşdiyi yeri müəyyən etmək və artilleriya atəşini göstərmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.
Digər xəbərlər