Saytımızı qiymətləndirin


 
 

Kreml Əliyevin bugünkü səfərinə xüsusi hazırlaşır – 4 səbəb
Tarix: 22-04-2024 | Saat: 10:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Kreml İlham Əliyevin hazırkı səfərinə müstəsna əhəmiyyət verir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko bu gün Prezident İlham Əliyevin Moskvaya gözlənilən səfəri haqqında qeyd edib.

“Birincisi, Azərbaycan bu gün Rusiyanın ən mühüm ticarət-iqtisadi tərəfdaşlarından biri, etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli müttəfiqi, beynəlxalq aləmdə hörmətli və nüfuzlu ölkədir. İkincisi, faktiki olaraq Rusiyaya xəyanət edən, Qərblə fəal şəkildə flört edən və KTMT-dəki üzvlüyünü donduran Ermənistanın (bu təşkilatdan çıxmaq və Moskva ilə müttəfiqlik münasibətlərini pozmaq perspektivi ilə) fonunda Bakı Kremllə rəsmi və qeyri-rəsmi bütün razılaşmalarını açıq-aydın həyata keçirir. Üçüncüsü, son illər Azərbaycanın beynəlxalq nüfuzu və təsiri xeyli çoxalıb, bu gün Moskvanın nəzərində strateji xarakter daşıyan mehriban qonşuluq münasibətlərinin dəyəri artıb.

Dördüncüsü, ABŞ və AB-nin həm Rusiya, həm də Azərbaycana artan siyasi təzyiqləri kontekstində Moskva ilə Bakının qarşılıqlı dəstəyi və əməkdaşlığı hazırkı qlobal geosiyasi turbulentliyə tab gətirməyə imkan verəcək. Rusiyanın ekspert icması Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərini alqışlayır və onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü və danışıqları zamanı ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi üçün yeni razılaşmaların əldə olunacağını gözləyir", - o bildirib.

Qeyd edək ki, aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfəri nəzərdə tutulub. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə müzakirələr aparacaq, həmçinin prezidentlər Baykal-Amur magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə BAM veteranları və dəmir yolu sənayesi işçiləri ilə görüşəcək.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyev sovet dövründə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisi ilə bağlı məsələlərlə məşğul olub.(axar.az)

 



Xəbəri paylaş

159 dəfə oxunub.

Digər xəbərlər