Saytımızı qiymətləndirin


 
 

DGK sədri bəzi deputatların limiti keçməmək üçün digər yollarla kompüter və digər elektronik əşyalar gətirməsinə münasibət bildirib
Tarix: 12-12-2021 | Saat: 12:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

DGK sədri bəzi deputatların limiti keçməmək üçün digər yollarla kompüter və digər elektronik əşyalar gətirməsinə münasibət bildirib

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "bəzi deputatlar limiti keçməmək üçün digər yollarla kompüter və digər elektronik əşyalar gətirir" fikrini şərh edib.

Qarabaginfo.az-ın məlumatına görə, DGK sədri jurnalistlərə açıqlamasında deyib ki, bununla bağlı hər hansı müraciət olmayacaq:"Sadəcə keçən il 305 saylı qərara düzəliş olarkən Dövlət Gömrük Komitəsinin bu layihəsi üzərinə həddindən artıq çox gəlirdilər. Bununla bağlı biz tam açıqlama da yaymışdıq. Hər hansı müraciət olmayacaq. Bu gün artıq bunu tam nəzarətə götürmüşük. Hər hansı qaçaqmalçılıq faktı və ya yayınma hallarının qarşısını almaq məqsədilə elektron ticarət bəyannamələri qəbul olunur. Artıq baza yaranıb, həm ölkənin statistik bazası, həm də elektron ticarət dövriyyəsinin nə olduğunu nəzarət altına götürə bilmişik".



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər