Saytımızı qiymətləndirin


 
 

Ermənistanda Paşinyan əleyhinə aksiyalar genişlənir
Tarix: 26-04-2022 | Saat: 13:01
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda keçmiş prezident Robert Koçaryanın rəhbəri olduğu “Hayastan” müxalifət bloku aprelin 25-dən mərkəzləşdirilməmiş etiraz aksiyalarına başlayıb. Etirazçılar yolları bağlayır və şəhərin müxtəlif yerlərində bayraqlarla hərəkət edirlər.

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müxalifət baş nazir Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesinə dair bir neçə səs-küylü bəyanatından sonra fəallığı artırıb.

Bu gün aksiyalara bəzi universitetlərin tələbələri də qoşulublar.

Polis əməkdaşları paytaxt universitetlərindən gələn tələbələrin Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirməsinin qarşısnı alıb. Saxlanılanlar var.

Ermənistan Milli Məclisi spikerinin müavini, “Hayastan” fraksiyasının Daşnaksutyun partiyasından olan üzvü İşxan Saqatelyan deyib ki, bu yürüşlər 5 gün davam edəcək və yekun olaraq mitinq keçiriləcək.
 

Müxalifət baş nazir Nikol Paşinyanı Qarabağı Azərbaycana verməyə hazırlaşmaqda ittiham edir.(modern.az)



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər