Saytımızı qiymətləndirin


 
 

Aksiyaçılar “Vardanyan rədd ol!” şüarları səsləndirirlər
Tarix: 15-12-2022 | Saat: 16:42
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Oxu.az - Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında davam edir - YENİLƏNİB + FOTO/VİDEO

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Qarabağdakı erməni separatçı tör-töküntülərinin “başçısı” Araik Arutunyan və Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etməsi ilə bağlı şüarlar səsləndirirlər.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, onlar “Arutunyan rədd ol!”, “Vardanyan rədd ol!” şüarları səsləndirirlər.

Aksiya iştirakçıları şüarlarında Laçın yolunun sülh yolu olduğunu da qeyd edirlər.

Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər
21-03-2018, 10:22 Azərbaycana bahar gəlib