Saytımızı qiymətləndirin


 
 

Rusiya onları Azərbaycana təhvil verdi
Tarix: 22-10-2025 | Saat: 13:08
Bölmə:Karusel / Kriminal | çapa göndər

Rusiya onları Azərbaycana təhvil verdi

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs ölkəmizə ekstradisiya edilib.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Hafiz Salman oğlu Alıyev, Nəriman Elşad oğlu Əliyev, Kazım Ağaqulu oğlu Nuriyev və Emin Vasif oğlu Həsənovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

 



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər