Saytımızı qiymətləndirin


 
 

Şiddətli ağrılardan əziyyət çəkən qazinin görüntüləri ilə bağlı - Açıqlama
Tarix: 21-04-2022 | Saat: 14:14
Bölmə:Karusel / Sosial | çapa göndər

Şiddətli ağrılardan əziyyət çəkən qazinin görüntüləri ilə bağlı

Vətən müharibəsi qazisi Əliyev Əli Tofiq oğlunun çətin vəziyyətdə olduğunu əks etdirən videogörüntülər yayılıb. 

Qarabaginfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qazinin şiddətli ağrılardan əziyyət çəkdiyi görünür. O qışqıraraq daha ağrılara dözmək gücündə olmadığını bildirir. 

26 yaşlı qazi müharibənin ilk günündən döyüşlərə qatılıb. Hadrut, Xocavənd, Qubadlı və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə də iştirak edib və yaralanıb. Ə.Əliyevin bədənin 207 qəlpənin olduğu qeyd olunur.

“YAŞAT” Fondu qazinin səhhəti ilə bağlı açıqlama yayıb. Açıqlamada qazinin müalicəsinə köməklik olunduğu bildirilir: “Ə.T. Əliyevin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə müraciəti "YAŞAT" Fondu tərəfindən qarşılanaraq ümumilikdə 161 619 AZN ödənilib, eləcə də 756 AZN dəyərindən dərman vasitələri ilə təmin edilib. Fondun əməkdaşı tərəfindən əlaqə saxlanılaraq qaziyə ətraflı məlumat qeyd olunub”.

Qeyd edək ki, əslən Sabirabad rayonundan olan 1996-cı il təvəllüdlü Əli Əliyev 5 il Rusiyada yaşayıb və işləyib. Azərbaycana qayıdan zaman isə 44 günlük Vətən müharibəsi başlayıb və könüllü ordu sıralarına yollanıb. 



Xəbəri paylaş

281 dəfə oxunub.

Digər xəbərlər