Saytımızı qiymətləndirin


 
 

Qızılcaya yoluxanlar kimlərdir? - Nazirlikdən REAKSİYA
Tarix: 21-11-2023 | Saat: 15:45
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Qızılcaya yoluxanlar kimlərdir? - Nazirlikdən REAKSİYA

Respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib.

 Qarabaqinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.

 

"Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur", - Nazirlik qeyd edib.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır