Saytımızı qiymətləndirin


 
 

Agentlik: Bir neçə peşə məktəbində ciddi nöqsanlar aşkarlandığı üçün məlumat hüquq-mühafizə orqanlarına təqdim olunub
Tarix: 24-05-2023 | Saat: 15:19
Bölmə:Karusel / Təhsil | çapa göndər

Agentlik: Bir neçə peşə məktəbində ciddi nöqsanlar aşkarlandığı üçün məlumat hüquq-mühafizə orqanlarına təqdim olunub

Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov Hesablama Palatasının apardığı audit zamanı bir sıra peşə təhsili müəssisələrində büdcədənkənar vəsaitlər hesabına ödənilməli olan xərclərin büdcə vəsaitləri hesabına ödənildiyi, siniflərin düzgün komplektləşdirilmədiyi, bəzi hallarda dərs normalarına əməl edilmədiyi, cari ilin xərclərinin növbəti ilin büdcəsindən təmin edildiyi və s. kimi aşkarlanan nöqsanlarla bağlı məsələyə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Ceyhun Kərəmov APA-ya müsahibəsində deyib ki, peşə təhsili müəssisələrinin bir çoxunda kənar dövlət yoxlaması aparılıb:

“Bununla bağlı Hesablama Palatası da ictimaiyyəti məlumatlandırıb. Müəyyən olunmuş boşluqlar, pozuntular üzrə auditorların konkret qərarı var. Həmin qərarın icrası ilə bağlı işlər aparılır. Həm bərpa olunmalar var ki, onların bərpası üzərində iş gedir, eyni zamanda artıq bir neçə peşə təhsili müəssisəsində ciddi nöqsanlar aşkarlandığı üçün məlumat hüquq mühafizə orqanlarına təqdim olunub. Qanunun tələblərinə uyğun olaraq müəyyən araşdırmalar aparılacaq”.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər