Saytımızı qiymətləndirin


 
 

"Qarabağ" Portuqaliyada tarixi qələbə qazandı - YENİLƏNİB
Tarix: 16-02-2024 | Saat: 11:28
Bölmə:Karusel / İdman | çapa göndər

 

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

 

Qarabaqinfo.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyada "Braqa"nın qonağı olub.

 

“Munisipal” stadionunda oynanılan görüşü danimarkalı baş hakim Morten Kroq idarə edib. İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" səfərdə tarixi qələbə qazanıb - 4:2.

 

Hesabı 21-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç açıb. Monteneqrolu futbolçu penalti zərbəsini dəqiq yerinə yetirib. Meydan sahibləri 44-cü dəqiqədə Simon Banzanın vurduğu qolla tarazlığı bərpa ediblər. İlk hissə bu hesabla başa çatıb.

 

İkinci yarıya da üstün başlayan "Qarabağ" 54-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Abdullah Zubir cərimə meydançasındakı qarışıqlıqdan məharətlə yararlanaraq Mateusun qoruduğu qapıya yol tapıb. Cəmi 9 dəqiqə sonra Olavio Juninyo braqalıları yenidən meydanın mərkəzinə dəvət edib. 69-cu dəqiqədə Zubir özünün 2-ci, komandasının 4-cü qoluna imza atıb. Matçda son nöqtəni 90+1-ci dəqiqədə penaltidən fərqlənən Joau Moutinyu qoyub.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

 

****

01:53

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçirilən oyunda 6-cı qol vurulub.

Modern.az xəbər verir ki, 90+1-ci dəqiqədə penaltidən fərqlənən meydan sahiblərinin futbolçusu Joau Moutinyu hesab arasındakı fərqi azaldıb - 2:4.

 

***

01:33

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçirilən oyunda hesab dəyişib.

Modern.az xəbər verir ki, 69-cu dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Abdullah Zubir 4-cü topu meydan sahiblərinin qapısından keçirib - 4:1.

 

****

01:25

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçirilən oyunda dördüncü qol vurulub.

Modern.az xəbər verir ki, 65-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Olavio Juninyo fərqlənərək komandasının üstünlüyünü 2 topa çatdırıb - 3:1.

 

****

01:17

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçirilən oyunda üçüncü qol vurulub.

 

Modern.az xəbər verir ki, 54-cü dəqiqədə Abdullah Zubir yenidən Ağdam təmsilçisini hesabda önə keçirib - 2:1.

 

***

01:03

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçirilən oyunun ikinci hissəsi başlayıb.

 

Modern.az xəbər verir ki, "Munisipal" stadionunda oynanılan matçın ilk yarısından sonra hesab bərabərdir - 1:1.

 

Ağdam klubunun heyətində Marko Yankoviç, meydan sahiblərindən isə Simon Banza fərqlənib.

 

****

00:47

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçirilən oyunda ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, "Munisipal" stadionunda oynanılan qarşılaşmanın 44-cü dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdiriblər. Simon Banza adını tabloya yazdırıb.

 

Beləliklə, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

 

***

00:23

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçirilən oyunda hesab açılıb.

 

Modern.az xəbər verir ki, "Munisipal" stadionunda oynanılan qarşılaşmanın 21-ci dəqiqəsində Marko Yankoviç Ağdam klubunu hesabda önə keçirib.

 

Monteneqrolu yarımmüdafiəçi penalti zərbəsini dəqiq yerinə yetirib.

 

***

00:01

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçirilən oyun başlayıb.

 

Modern.az xəbər verir ki, "Munisipal" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı saat 00:00-da başlayıb.

 

Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək

 



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər
28-02-2024, 12:08 Prezident qəbul keçirdi