Saytımızı qiymətləndirin


 
 

“Ankara 300 ildir rusları aldadır, bu siyasət indi də davam edir” - Qarik Keryan
Tarix: 07-09-2021 | Saat: 15:34
Bölmə:Karusel / Region | çapa göndər

sharethis sharing button“Ankara 300 ildir rusları aldadır, bu siyasət indi də davam edir” – Qarik Keryan

“Ermənistan Moskvanın İrəvana tərəf yönəldiyini gördü, amma Rusiya Qarabağ məsələsində Azərbaycan və Türkiyənin tərəfini tutmaqla səhv etdi”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri politoloq Qarik Keryan səsləndirib:

“Ankara 300 ildir rusları aldadır, bu siyasət indi də davam edir.  “S-400”,  Türk axını və Atom Elektrik Stansiyası (AES) ilə bağlı müqavilələrdən sonra Türkiyə öz xarici işlər nazirini Ukraynanın “Krım Platforması”na göndərdi və  yarımadanın Kiyevə məxsus olduğunu elan etdi” – deyə erməni politoloq vurğulayıb.

Ermənilər hesab edir ki, enerji layihələri və silah satışı onlar üçün əlverişlidir. Lakin politoloq Qarik kerianın fikirlərindəd də, həqiqət var.

Krıma gəlincə isə Ankaranın da bu yarımadada iddiası və istəyi var, bu heç kimə sirr deyi. Çox güman ki, ada ruslaşmamalı, türkləşməlidir” – deyə politoloq fikirini tamamlayıb.

Ermənistandan edilən bu cür açıqlamalar Rusiya ilə Türkiyə arasındakı münasibətlərə kölgə salmağa hesablansa da, nə Ankaranın, nə də Kremlin ermənilərin mənasız fikirləri ilə hərəkət etməyəcəkləri göz qabağındadır. Ona görə də, necə deyərlər “it hürür, karvan keçir”.(Konkret.az)



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər