Tarix: 21-10-2025 | Saat: 10:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"2025-ci ildə Azərbaycan büdcə xərcləri vasitəsilə iqtisadi artımı dəstəkləyəcək".
qarabaginfo.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondundan (IMF-BVF) bildirilib.
Qeyd edilib ki, Azərbaycan 2025-ci ildə genişlənən büdcə siyasəti həyata keçirəcək və dövlət xərcləri hesabına iqtisadi artımı dəstəkləyəcək.
BVF-nin proqnozuna əsasən, 2026-cı ildən etibarən hökumət xərcləri azaldaraq maliyyə siyasətini daraldacaq. Bu dəyişiklik əsasən kapital xərclərinin (infrastruktur və dövlət investisiyaları) azalması ilə əlaqədardır.
Hesabatda bildirilir ki, Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda, o cümlədən Azərbaycanda, 2025-ci ildə maliyyə siyasəti genişlənən, lakin 2026-cı ildən etibarən daralan xarakter daşıyacaq: “CCA ölkələrində 2025-ci ildə maliyyə siyasəti ümumilikdə genişlənən olsa da, 2026-cı ildən etibarən daralacaq. Bu dəyişiklik Azərbaycanda kapital xərclərinin azalması, Qazaxıstanda isə neftdənkənar gəlirlərin artırılması üzrə islahatlarla əlaqədardır.”
BVF-nin qiymətləndirməsinə görə, büdcə xərclərinin 2025-ci ildə iqtisadi fəallığı dəstəkləməsi, daha sonra isə büdcə konsolidasiyasına keçid ölkədə fiskal sabitliyi gücləndirəcək və dövlət maliyyəsinin dayanıqlılığını artıracaq.
Qeyd edək ki, IMF 2025-ci il üzrə real ÜDM-in artımını 3%, 2026 və 2030-cu illər üzrə 2,5% müəyyən edib.
Digər xəbərlər