Ana Sayfa > Karusel / İqtisadiyyat > IMF: Bu il Azərbaycan büdcə xərcləri vasitəsilə iqtisadi artımı dəstəkləyəcək

IMF: Bu il Azərbaycan büdcə xərcləri vasitəsilə iqtisadi artımı dəstəkləyəcək


Bu gün, 10:38. Yazar: Admin

IMF: Bu il Azərbaycan büdcə xərcləri vasitəsilə iqtisadi artımı dəstəkləyəcək


"2025-ci ildə Azərbaycan büdcə xərcləri vasitəsilə iqtisadi artımı dəstəkləyəcək".

qarabaginfo.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondundan (IMF-BVF) bildirilib.

Qeyd edilib ki, Azərbaycan 2025-ci ildə genişlənən büdcə siyasəti həyata keçirəcək və dövlət xərcləri hesabına iqtisadi artımı dəstəkləyəcək.

BVF-nin proqnozuna əsasən, 2026-cı ildən etibarən hökumət xərcləri azaldaraq maliyyə siyasətini daraldacaq. Bu dəyişiklik əsasən kapital xərclərinin (infrastruktur və dövlət investisiyaları) azalması ilə əlaqədardır.

Hesabatda bildirilir ki, Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda, o cümlədən Azərbaycanda, 2025-ci ildə maliyyə siyasəti genişlənən, lakin 2026-cı ildən etibarən daralan xarakter daşıyacaq: “CCA ölkələrində 2025-ci ildə maliyyə siyasəti ümumilikdə genişlənən olsa da, 2026-cı ildən etibarən daralacaq. Bu dəyişiklik Azərbaycanda kapital xərclərinin azalması, Qazaxıstanda isə neftdənkənar gəlirlərin artırılması üzrə islahatlarla əlaqədardır.”

BVF-nin qiymətləndirməsinə görə, büdcə xərclərinin 2025-ci ildə iqtisadi fəallığı dəstəkləməsi, daha sonra isə büdcə konsolidasiyasına keçid ölkədə fiskal sabitliyi gücləndirəcək və dövlət maliyyəsinin dayanıqlılığını artıracaq.

Qeyd edək ki, IMF 2025-ci il üzrə real ÜDM-in artımını 3%, 2026 və 2030-cu illər üzrə 2,5% müəyyən edib.


Geri dön