Saytımızı qiymətləndirin


 
 

Goranboyda baş verən ağır qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb
Tarix: 23-01-2022 | Saat: 13:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Goranboyda baş verən ağır qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Qarabaginfo.az məlumatına görə, hadisə rayonun Qızılhacıllı qəsəbəsində qeydə alınıb.Hərəkətdə olan “BMW” və “VAZ 21099” markalı iki avtomobilin toqquşası zamanı 2 nəfərə ölüb, 5 nəfər ağır yaralanıb. Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü

Tanrıverdiyeva Aybəniz Əli qızı ,1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.

Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər